Əsas məzmuna keç

İRANDAKI TERRORU İŞİD TÖRƏDİB?

Artıq İŞİD terror qruplaşması İranda ötən gün törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Tezadlar.az CNN-ə istinadən bildirir ki, istinadən bu barədə terrorçu dəstənin yaydığı məlumatda etiraflar var. Məlumatda qeyd edilir ki,  terrorçu qruplaşmanın yaraqlıları məqsədli şəkildə və qisas almaq naminə ölkənin cənubundakı Şahçeraq ziyarətgahında dindarlara atəş açıb. Lakin qruplaşma bu əməli konktet olaraq nəyə görə etdiklərini açıqlamayıb.

İranda isə hicab iğtişaşları davam edir. Ölkənin hər yerində etirazlar baş qaldırıb, xüsusən də qadınlar hicab qadağalarının aradan qaldırılmaslnı və azad həyat yaşamaq istədiklərini, molla rejiminin ləğvini tələb edirlər.

A.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…