Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Türkiyə ordusunun İraqda keçirdiyi “Pəncə-Kilid” əməliyyatı zonasında terrorçular tərəfindən öncədən quraşdırılmış əldəqayırma partlayıcı qurğu partlayıb.
Bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, partlayış nəticəsində Türkiyə ordusunun 1 hərbçisi həlak olub, 3 hərbçi isə xəsarət alıb.
Bildirilir ki, xəsarət alan hərbçilər dərhal xəstəxanaya yerləşdirilib.