Əsas məzmuna keç

“İSLAMİ CİHAD” İSRAİLİ FƏLƏSTİNLİ MƏHBUSLARI AZAD ETMƏYƏ MƏCBUR ETMƏYİ PLANLAŞDIRIR

“İslami Cihad” radikal təşkilatı İsraili Qəzza zolağında saxlanılan girovlar müqabilində İsrail həbsxanalarında saxlanılan bütün fələstinli məhbusların azad edilməsinə razılıq verməyə məcbur etmək niyyətindədir.

Bu barədə sözügedən təşkilatın baş katibi Ziyad ən-Nəhhala məlumat verib.

“Daha sonra biz düşməni girovların mübadiləsi üçün böyük sövdələşməyə razılaşmağa məcbur edəcəyik ki, bu, bütün fələstinli məhbusların “hamı üçün” düsturuna uyğun olaraq azadlığa buraxılmasını təmin edəcək”, – onun bəyanatında deyilir.

Qeyd edək ki, bu barədə təşkilatın Telegram kanalında məlumat verilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…