Əsas məzmuna keç

İSRAİLİN MÜNHENDƏKİ BAŞ KONSULLUĞU YAXINLIĞINDA ATƏŞ AÇILIB

İsrailin Münhendəki Baş Konsulluğu yaxınlığında atəş səsləri eşidilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Focus” məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, yerli sakinlər atəş, yüksək səslər və qışqırıqlar eşidiblər. Hadisə yerində polis və snayperlər işləyir. Helikopterlərdən istifadə edərək atəş açan şəxslər axtarılır.

Nəşr qeyd edib ki, sentyabrın 5-i 1972-ci il Olimpiya Oyunlarının bombalanmasının ildönümüdür. Daha sonra İsrail komandası hücuma məruz qalıb və 14 idmançıdan 11-i girov götürülüb. Nəticədə, girovlardan heç biri sağ qalmayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…