Əsas məzmuna keç

İSTEHLAKA YARARSIZ MÜXTƏLİF NÖV SÜD MƏHSULLARI MƏHV EDİLİB

“AZ FP CO LTD” MMC-nin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 66 adda, 9,509.80 kq müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə Tezadlar.az-a AQTA-dan məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…