Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İsveçrə Avropa İttifaqının İrana qarşı Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü və Ukraynadakı müharibədə istifadəsinə görə tətbiq etdiyi sanksiyalara qoşulub.
Tezadlar.az “Azadlıq Radiosu”na istinadla bildirir ki, bu barədə İsveçrə hökumətinin press-relizində deyilir. Qeyd olunur ki, sanksiyalara cavabdeh olan İsveçrə Federal İqtisadiyyat və Energetika Departamenti ölkənin Federal Xarici İşlər Nazirliyi ilə birlikdə Rusiyaya pilotsuz təyyarələrin tədarükünə görə Aİ-nin İrana tətbiq etdiyi sanksiyalara qoşulmaq qərarına gəlib. Sitat: “Qərar İsveçrənin bütün daxili və xarici siyasət maraqları nəzərə alınmaqla qəbul edilib”.
Daha əvvəl xəbər verildiyi kimi, oktyabrın 20-də Avropa İttifaqı Rusiyaya kamikadze dronların tədarükünə görə İrana qarşı sanksiyaları genişləndirib. Və İranda hələ də kütlələrin geniş etirazları davam edir…
A.Məmmədli