Ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Tezadlar.az xatırladır ki, bu barədə sosial mediada məlumatlar yayılıb… Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub. Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb.
Qeyd edək ki, İbad Hüseynov 23 oktyabr 2026-cı il tarixində Gürcüstanda keçiriləcək tədbirə qatılmaq üçün Tbilisiyə gedib.
Lakin hələki onun nə üçün saxlanması səbəbi dəqiq bildirilmir.
SƏBUHİ







