Əsas məzmuna keç

II İqlim Dəyişikliyi üzrə Gənclərin Lokal Konfransı işə başladı

Bakıda “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə “II LCOY Azərbaycan 2026 – II İqlim Dəyişikliyi üzrə Gənclərin Lokal Konfransı” işə başlayıb.

Tezadlar.az xəbər verir ki, tədbirin ADA Universitetində keçirilən ilk günündə rəsmi hissə ilə yanaşı, panel müzakirələr təşkil olunacaq.

İkinci gün isə Milli Gənclər Bəyanatının hazırlanmasına həsr ediləcək və Bakı Dövlət Universitetinin Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində keçiriləcək.

iqlam konf

Qeyd edək ki, LCOY (Local Conference of Youth) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) rəsmi gənclər platforması olan YOUNGO tərəfindən tanınan beynəlxalq konfransdır. Hər il dünyanın 50-dən çox ölkəsində təşkil olunan LCOY konfransları gənclərin iqlim siyasəti proseslərinə cəlb edilməsinin və milli gənclik mövqelərinin qlobal müstəviyə çıxarılmasının əsas mexanizmlərindən biridir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…