Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2026 / 12:54

İki meyvənin müqayisəsi və faydası – ARAŞDIRMA

Bildiyimiz kimi, yay mövsümünün ən məşhur giləmeyvələrindən olan qarpız və yemiş həm susuzluğu yatırması, həm də orqanizmi nəmləndirməsi ilə seçilir. Bu gün “Tezadlar.az” olaraq, bu iki meyvənin faydalarını müqayisə edərək hansı hallarda hansına üstünlük verilməsinin daha məqsədəuyğun olduğunu oxucularımızın diqqətinə çatdırmaq istəyirik. Qarpızın tərkibinin təxminən 92-93 faizi, yemişin isə 90 faizi sudan ibarətdir. Bu səbəbdən hər iki məhsul isti yay günlərində orqanizmin maye ehtiyacının ödənilməsinə kömək edir. Kalorililik baxımından qarpız bir qədər üstünlük təşkil edir. 100 qram qarpızda təxminən 30 kalori olduğu halda, eyni miqdarda yemişdə 36 kalori mövcuddur. Araşdırmaya əsasən, yemiş vitamin və mineral tərkibi baxımından daha zəngindir. 100 qram yemişdə 18 milliqram C vitamini olduğu halda, qarpızda bu göstərici 8,1 milliqramdır. Bundan əlavə, narıncı rəngli yemiş növləri A vitamini ilə də zəngin hesab olunur. Kalium miqdarı da yemişdə daha yüksəkdir. Belə ki, 100 qram yemişdə 228 milliqram, qarpızda isə 112 milliqram kalium var. Ümumiyyətlə qarpızın əsas üstünlüklərindən biri onun tərkibində olan likopindir. Güclü antioksidant hesab edilən bu maddə ürək-damar sisteminin sağlamlığının qorunmasına kömək edir. Eyni zamanda yemiş beta-karotin mənbəyi hesab olunur. Bu maddə immunitet sistemini gücləndirir, göz və dəri sağlamlığını dəstəkləyir. Qarpız orqanizmi daha yaxşı nəmləndirsə də, yemiş vitamin və mineral baxımından daha zəngindir. Buna görə də hansı meyvənin daha faydalı olduğunu qəti şəkildə demək mümkün deyil. Onların fikrincə, seçim şəxsi zövqə və orqanizmin ehtiyac duyduğu qida maddələrinə əsaslanmalıdır. Xüsusilə C vitamini və kalium çatışmazlığı olan şəxslərə yemişdən daha çox istifadə etmək tövsiyə olunur.

Sonda onu qeyd edək ki, yay mövsümündə həm qarpızın, həm də yemişin qida rasionuna daxil edilməsinin sağlamlıq üçün faydalı olduğunu vurğulayırlar.

Hazırladı: RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!