Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Aygün Kazımova ilə sözümüz çəp gəlirdi. Sonradan görüşdük də, danışdıq da, ünsiyyətimiz də var. Mən bir insanı ya hərtərəfli qəbul edirəm, ya da etmirəm”. TEZADLAR.AZ SOSİAL MEDİA XƏBƏRLƏRİNƏ İSTİNADLA BİLDİRİR ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova “Pərvizə görə” verilişində deyib. Aktrisa “Maşın şou”da aralarında inciklik yaranan Xalq artisti Aygün Kazımovadan danışıb. Sitat: “Layihədən sonra Aygün xanımla danışmırdıq. Amma həmişə deyirdim ki, şou deyəndə mənim üçün Aygün Kazımovadır. Bu qadının damarında-qanındadır şou, sanki bütün xəmiri şou ilə yoğrulub. Onu heç kim əvəz edə bilməz”.