Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Fevral 2026 / 13:05

“İndi Sabirin dərs dediyi məktəbdə küftə satılır, içki içilir… “Balaxanı küftəsi” adlı…”

“İndi babamın açdığı – Sabirin dərs dediyi məktəbdə küftə satılır, içki içilir… “Balaxanı küftəsi -Natiqin küftəsi” adlı…”

Bunu “Təzadlar” qəzetinə verdiyi müsahibədə Bakı milyonçusu Hacı Sultan Əli Haşiminin nəticəsi Rəna Əliyeva (Haşimi)  bildirib.

O, ulu babaları ilə bağlı bütün faktları arxivdən əldə etdiyini açıqlayıb. Rəna xanım Azərbaycan vətəndaşıdır və hazırda Türkiyədə yaşayır.

“Milyonçular övladlarının hələ kiçik yaşlardan evdəki təlim-tərbiyəsinə ciddi diqqət göstərərmişlər. Məlumatlara görə, Bakıya gəmilərlə İsveçrədən, Fransadan və digər Avropa ölkələrindən “qubernantka”lar gətirərmişlər ki, həmin qadınlar milyonçuların övladlarına həm xarici dil öyrətsinlər, həm də təlim-tərbiyəsində iştirak etsinlər. Fikir vermisizsə, Balaxanıda yaşayan insanlar arasında açıq göz rəngli, sarışın insanlar çoxdur. Hansı ki, Ərəbistandan köç edənlərin əksəriyyəti qarabuğdayı olublar. O zaman varlı şəxslərin ailələrində həmin “qubernantka” qadınlarla izdivaclardan, ola bilsin ki, dini nikahlardan uşaqlar dünyaya gəlib”, – deyib.

 

“Əminə bibim (Sultan Əli Haşiminin qızı) danışırdı ki, o vaxt M.Ə.Sabiri Şamaxıda öldürmək istəyirmişlər, şair Sultan Əli  babamın yanına gələrək ondan kömək istəyib…”

hasjimi foto
hasjimi foto

Rəna xanım bildirib ki, ulu babası  çox maarifpərvər olub:”

“O, nəinki öz övladlarının, hətta mədənlərində çalışmaq üçün müxtəlif bölgələrdən gəlmiş şəxslərin uşaqlarının da təhsil almasını istəyib. Ona görə də onlar üçün Balaxanıdakı mülklərindən birini məktəbə çevirib. Təqdim etdiyim bu şəkildən gördüyünüz kimi, məktəbin açılışında M.Ə.Sabir, H.Z.Tağıyev, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Bakı şəhərinin Axundu (hansı ki, ulu babamın atası Sultan Haşimi axund təyin edib), Hacı Sultan Əli və digər şəxslər iştirak edirlər. Arxa tərəfdəki yeniyetmə oğlanlar isə babamın mədənlərində çalışanların övladlarıdır. Hansı ki, həmin məktəbdə təhsil alacaqdılar. Və hətta həmin uşaqların papaq quruluşundan kimin övladı olduğu məlum olurmuş. Çünki hər bölgənin öz papaq görünüşü vardı: şiş, yastı və s.

hashimi mektebi

“Sabir o zaman xəstə imiş. Babam da onu Ləhiş bağlarına göndərib. Ləhiş bağlarındakı loğman da onu müalicə edib… Onun hər sarayında loğmanı olub. O, bir müddət Balaxanıda babamın mülklərindən birində yaşayıb və həmin məktəbdə də müəllimlik edib. Həmin təhsil ocağı sovetlər dönəmində də məktəb kimi fəaliyyət göstərirdi. Sonralar həmin məktəb restavrasiya edilərək restoran edildi. Bildiyim qədər, bir xanım iş adamı Balaxanıdan olan yüksək vəzifəli şəxslərin köməyi ilə məktəbi özəlləşdirib. Sahibkar əvvəl toy salonu kimi istifadə edib. Sonradan görüb ki, işin üstü açılacaq, satıb. Satdığı adamlar indi oranı məşhur küftəxana ediblər – “Balaxanı küftəsi – Natiqin küftəsi”.  İndi Sabirin dərs dediyi məktəbdə küftə satılır, içki içilir…”, – deyə qeyd edib.

Daha ətraflı linkdə;Milyonçu Haşiminin nəticəsindən şok ittiham: “Babamın məktəbində küftəxana açıblar”

JASMİN

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!