Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
ABŞ prezidenti Donald Tramp İranın 47 ildir ABŞ və dünya ilə “oynadığını” bildirib. Tezadlar.az xəbər verir ki, o bu barədə özünün X şəbəkəsində paylaşım edib. O, həmçinin keçmiş prezident Barak Obamanı İranla bağlanmış razılaşmaya görə sərt tənqid edib və onu “İsraili və digər müttəfiqləri tərk edən” siyasətçi kimi xarakterizə edib. Trampın sözlərinə görə, həmin dövrdə İran “yeni güclü mövqe” qazanıb. Tramp keçmiş prezident Co Baydeni də tənqid edərək onu “zəif və uğursuz lider” adlandırıb. Tramp həmçinin “ABŞ-ın artıq buna dözməyəcəyini” bildirib. “Onlar artıq gülə bilməyəcəklər,” – deyə o qeyd edib.
Eyni zamanda mediada yayılan məlumatlara görə, İran ABŞ-ın münaqişənin dayandırılması ilə bağlı təqdim etdiyi son təklifə cavab göndərib. CNN İran mediasına istinadla yazıb ki, cavab Pakistan vasitəçisi ilə çatdırılıb.
Məlumata görə, İranın cavabının detalları açıqlanmayıb, yalnız danışıqların hazırda regionda müharibənin dayandırılmasına fokuslandığı bildirilir.