3 İyun 2026 / 08:15

“İran ABŞ-la danışıqları dayandırmayıb…”-TRAMP TƏKZİB ETDİ

Trampdan təkzib gəldi: “İran İslam Respublikası ilə ABŞ-ın bir neçə gün əvvəl danışıqları dayandırdığına dair yayılan saxta xəbərlər yalan və səhvdir”. Tezadlar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb. Sitat:  “Aramızdakı danışıqlar bu gün də fasiləsiz davam edib. Danışıqların hara aparacağını heç kim bilmir. Amma mən İrana dediyim kimi – Artıq vaxtıdır ki, bu və ya digər şəkildə razılığa gələsiniz. Siz bunu 47 ildir davam etdirirsiniz və buna daha uzun müddət icazə verilə bilməz!”.

İran rəsmiyyəti də hələki danışıqların dayandırıldığına dair iddiaları təkzib etməyib…

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!