İrandakı etiraz aksiyalarında ölənlərin sayı 300-ə yaxındır. Tramp bərk narahatdır. Tezadkar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə Tehrandan olan anonim həkim “Time”a danışıb. Onun sözlərinə görə, paytaxtın təkcə 6 xəstəxanasında 217 etirazçının ölümü qeydiyyata alınıb. Həkim ölənlərin əksəriyyətinin odlu silahdan açılan atəş nəticəsində həlak olduğunu bildirib.
Qeyd: İran hökuməti etirazlarda ölənlərin sayı barədə rəsmi açıqlama verməyib. İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) isə 65 nəfərin öldüyünü açıqlayıb.
Bu arada Tramp bir daha İran hakimiyyətinə xıbərdarlıq edib ki, ABŞ hərbi müdaxiləyə hazırdır…
A.Məmmədli

