İran heç bir elan edilməmiş nüvə obyekti olmadığını bəyan edib

İranda elan edilməmiş nüvə qurğuları yoxdur.

Tezadlar.az xəbər verir ki, bunu xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Hazırda İran ərazisində zənginləşdirmə fəaliyyəti yoxdur. Bütün müvafiq qurğulara hücum edilib”, – o deyib.

Əraqçi bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ölkədə yerləşən bütün nüvə qurğularından xəbərdardır.

Daha əvvəl, 11 oktyabrda İranın xarici işlər naziri ölkənin BAEA ilə əməkdaşlığını dayandırdığını və Misirdə əldə edilən razılaşmanın icrasını təxirə saldığını açıqlayıb.

ABŞ-ın İranın nüvə qurğularına hücumu

22 iyunda ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə qurğusuna uğurlu hücumunu elan etdi. ABŞ təyyarələri tərəfindən İranın nüvə qurğularının bombalanmasından sonra Tramp sülhə çağırdı.

İranın Atom Enerjisi Təşkilatı bildirib ki, ABŞ-ın İsfahan, Nətənz və Fordodakı nüvə qurğularına endirdiyi zərbələrdən sonra heç bir radioaktiv sızma aşkar edilməyib. MAQATE həmçinin İranın nüvə obyektlərinin xaricində radiasiya səviyyəsində heç bir artım aşkarlanmadığını təsdiqləyib.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın İrana qarşı hərəkətləri ilə diplomatiyaya xəyanət etdiyini bildirib. O, həmçinin qeyd edib ki, BMT Nizamnaməsinə uyğun olaraq, İranın “zəruri hesab etdiyi müddətcə” öz təhlükəsizliyini qorumaq hüququ var.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti