İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Məhəmməd Rza Mohebbi ölkənin infrastrukturuna edilən hər hansı bir hücumun ABŞ-nin vacib enerji nöqtələrinə və həyati maraqlarına ağır zərbə vurulacağı ilə qarşılaşacağını bildirib.
Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Mohebbi deyib ki, “düşmən İranın silah ehtiyatlarının məhdud olduğuna inanır, lakin bu gözləntinin əksinə olaraq, İran ağıllı və idarə olunan raketlər istehsal etməyə davam edir”.
Müharibənin ən vacib qazancının düşmənin həyati infrastrukturunun və əlaqəli mərkəzlərinin kövrəkliyinin üzə çıxması olduğunu bildirən Mohebbi deyib: “ABŞ bu gün çox yaxşı başa düşür ki, İranın infrastrukturuna qarşı təhdidlərini həyata keçirərsə, onun vacib enerji nöqtələrinə və həyati maraqlarına ağır strateji zərbələr endirəcək”.
Mohebbi iddia edib ki, bu vəziyyət “düşmənin elan etdiyi bir çox hədəfdə, xüsusən də Hörmüz boğazını simvolik olaraq yenidən açmaq cəhdində uğursuzluğa düçar olmasına səbəb olub”.
ELBAR







