İran ordusunun Koordinasiya Komandanlığının komandan müavini kontr-admiral Həbibullah Seyyari Hörmüz boğazının bağlı olduğunu və oradan keçmə cəhdlərinə qarşı xəbərdarlıq etdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Seyyari bu sözləri Hörmüz boğazındakı vəziyyəti qiymətləndirdiyi bir proqramda deyib.
Seyyari İran Silahlı Qüvvələrinin Hörmüz boğazında 100% nəzarət və monitorinq qabiliyyətinə malik olduğunu və boğazdan hər hansı bir keçidin əlaqələndirilmiş şəkildə həyata keçirilməli olduğunu iddia edib.
Hörmüz boğazındakı mövcud vəziyyətə toxunan Seyyari deyib: “Hörmüz boğazı bağlıdır. Bağlanmasaydı, neft keçərdi və ABŞ-da benzin qiymətləri artmazdı. Bu məsələ son dərəcə aydın və sadədir.”
Seyyari iddia edib ki, İnqilab Keşikçiləri Korpusu donanması Hörmüz boğazının qərbində, İran Ordusu donanması isə onun şərqində və Oman körfəzinin şimal hissəsində güclü bir mövqeyə malikdir və bu da bölgədə 100% nəzarəti təmin edir.
Seyyari boğazdan keçmək istəyən gəmilərin vəziyyətinə toxunaraq deyib: “Əgər keçid olacaqsa, o, əlaqələndirilməlidir. Əks halda, xəbərlərdə nə baş verəcəyini görürsünüz.”
ELBAR







