1 May 2026 / 07:56

İran millisinin dünya çempionatında iştirakı təsdiqləndi-TRAMP İCAZƏ VERDİ

“İran milli komandası ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatında iştirak edəcək”. Tezadlar.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino Vankuverdə keçirilən FIFA Konqresində bildirib. “Əlbəttə, İran millisi ABŞ-də oynayacaq. Səbəb çox sadədir. Biz birləşməli və insanlar arasında təmas qurmalıyıq. FIFA dünyanı birləşdirir. Biz hər zaman pozitiv əhval-ruhiyyəni yadda saxlamalıyıq”, – deyə İnfantino vurğulayıb. Qeyd edək ki, İran millisi DÇ-2026-nın qrup mərhələsindəki bütün oyunlarını (Yeni Zelandiya, Belçika və Misirə qarşı) ABŞ ərazisində keçirməlidir. Turnir iyunun 11-dən iyulun 19-dək davam edəcək.

ABŞ- la İran arasındakı müharibə meydanında isə gərginlik davam edir!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!