İran prezidenti “dəbdəbəli” Antarktika səfərinə görə müavinini işdən çıxarıb

Oxunma sayı: 83

İran prezidenti onun müavinlərindən birini Antarktidaya “dəbdəbəli” əyləncə səfərinə getdiyi üçün işdən çıxarıb.

Tezadlar.az xəbər verir ki, CNN-in məlumatına görə, şənbə günü prezident Məsud Pezeşkian Şəhram Dabiri parlament işləri üzrə vitse-prezident vəzifəsindən azad edən fərman verib və onun səfərini həm ekstravaqant, həm də əsassız adlandırıb.

İran prezidenti Məsud Pezeşkian müavinlərindən biri Şəhram Dabiri Novruz bayramında həyat yoldaşı ilə birlikdə Antarktidaya dəbdəbəli kruizdə istirahət edərkən çəkilən fotoların yayılmasından sonra onu işdən çıxarıb. Beynəlxalq sanksiyaların səbəb olduğu dərinləşən iqtisadi böhran fonunda baş verən insident, bir çox iranlının əsas ehtiyacları ödəməkdə çətinlik çəkdiyi bir vaxtda ictimai qəzəb doğurub.

Qeyd edək ki, Hollandiya bayraqlı kruiz gəmisi 2009-cu ildən bəri Antarktidaya dəbdəbəli ekspedisiyalar təklif edir, bir agentlik səkkiz günlük səyahətin qiymətini adambaşına 3,885 avro təşkil edir.

Pezeşkianın yaxın dostu, ixtisasca həkim olan 64 yaşlı Dabiri avqustda prezident müavini təyin edilib.

Fotonun dərcindən sonra hökumət ağır tənqidlərə məruz qalıb, Pezeşkianın bir neçə tərəfdarı məmurun vəzifəsindən uzaqlaşdırılmasını istəyib.

Ötən ayın sonunda IRNA agentliyi Dabiri-nin ofisindəki mənbəyə istinadən bildirib ki, o, səfəri hökumət vəzifəsinə başlamazdan əvvəl edib.

Mübahisə keçən il iqtisadiyyatı dirçəltmək və həmvətənlərinin gündəlik həyatını yaxşılaşdırmaq vədi ilə seçilən Pezeşkiana növbəti böyük zərbədir.

Martın əvvəlində parlament milli valyutanın dollara nisbətdə kəskin ucuzlaşması və inflyasiyanın yüksəlməsi fonunda iqtisadiyyat naziri Abdolnasser Hemmati-ni vəzifəsindən azad edib.

“Birinci şiə İmamın (İmam Əli) dəyərlərinə əməl etməyə çalışan bir hökumətdə və xalqımıza əhəmiyyətli iqtisadi təzyiq kontekstində dövlət məmurlarının, hətta şəxsən maliyyələşdirilsə belə, dəbdəbəli səfərləri əsassızdır”, – prezident Pezeşkian öz qərarını izah edib.

İslam Respublikasının prezidenti əlavə edib ki, Dabirinin hökumətdəki uzun müddətli xidməti onun “dürüstlük, ədalət və xalqa verdiyimiz vədlər” adlandırdığı şeylərə sadiq qalmasına mane olmamalıdır, – dövlət xəbər agentliyi IRNA xəbər verir.

CNN qeyd edir ki, Dabiri təqsirini rədd edib, lakin prezidentin qərarı ilə razılaşdığını bildirib.

Məsud Pezeşkian həmçinin bildirib ki, Dabirinin hərəkətləri bütün məmurların, xüsusən də iqtisadi çətinliklər zamanı riayət etməli olduğu “sadə yaşayış” prinsiplərinə ziddir.

CNN xəbər verir ki, İran iqtisadiyyatı qismən Tehranın nüvə proqramına cavab olaraq ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə illərdir gərginlik içində olub.

“Reuters”-in Bonbast.com-un məlumatlarına istinadən verdiyi xəbərə görə, ötən həftə İran valyutası bir ABŞ dolları üçün 1 milyon 39 min riala kimi rekord səviyyəyə düşüb.

Hökumət sözçüsü Fatimə Mohacerani, IRNA-nın sitat gətirdiyinə görə, prezident Pezeşkianın Dabiri-ni işdən çıxarmaq qərarı onun heç kimlə qardaşlıq münasibətlərinin olmadığını və onun yeganə meyarının səmərəlilik, ədalət, dürüstlük və ictimai maraq olduğunu göstərir.

ELBAR

Xəbəri paylaş