Əsas məzmuna keç

İran Prezidenti: Ölkə inqilabdan bəri heç vaxt bu qədər güclü təzyiq və çətinliklə üzləşməyib

İran Prezidenti Məsud Pazeşkian 1979-cu il inqilabından bəri heç vaxt bu qədər güclü təzyiq və çətinliklə üzləşmədiyini bildirib.

Tezadlar.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Pazeşkian bu sözləri Şərqi Azərbaycan Vilayətinin Planlaşdırma və İnkişaf Şurasının ölkənin iqtisadi və sosial vəziyyətini qiymətləndirdiyi onlayn iclasında deyib.

Pazeşkian 1979-cu il inqilabının ilk illərində iqtisadi və sosial problemlərin məscidlər ətrafında həll olunduğunu qeyd edib və vurğulayıb ki, o günlərdə olduğu kimi, məhəllələrdəki insanlar bir-birinin iqtisadi və sosial vəziyyətindən xəbərsiz olmamalıdırlar.

O, “İnqilabdan sonrakı 48 ildə ölkə heç vaxt bu qədər güclü təzyiq və çətinliklə üzləşməyib” deyə bildirib və “düşmənlərin” İranın keçmiş lideri Əli Xamenei və bəzi komandirləri və rəsmilərini hədəf alaraq qeyri-sabitlik yaratmağa çalışdıqlarını vurğulayıb.

Pezeşkian ölkədə qeyri-sabitliyin olmadığını, əksinə, birlik və həmrəyliyin artdığını bildirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…