Əsas məzmuna keç

İran rəsmilərindən Trampa daha bir sərt xəbərdarlıq

İranda vəziyyət kritik hala gəlməkdədir- ölkədə etirazlar dalğası böyüyür.  Bu arada Xameneinin ardınca İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ rəhbərliyinə sərt xəbərdarlıq edib. O, bildirib ki, hazırda İran bir tərəfdən İsraillə, digər tərəfdən ABŞ ilə müharibə aparılır. “Həm də iqtisadi, koqnitiv-psixoloji və hərbi-terrorçu müharibələr gedir”. Spiker ABŞ-nin etirazlara müdaxiləsinə də toxunub. “Əgər ABŞ İrana hücum etsə, amerikalıların nəzarətə götürdüyü ərazilər və hərbçiləri bizim üçün qanuni hədəfə çevriləcək”.

Tramp da öz xəbərdarlığından qalmır və özünün sosial platformasında yazıb ki, İran azad olmağa hazırdır!

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…