Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün ABŞ Prezidenti Donald Trampa İrana əlavə zərbələr endirmək üçün bir neçə seçim verilib. Tezadlar.az “The New York Times”ə istinadla Bildirir ki, Tramp Tehranda mülki hədəflərə zərbələr endirmək də daxil olmaqla bir sıra variantlarla tanış olub. Adları çəkilməyən ABŞ rəsmiləri qeyd ediblər ki, Amerika lideri İslam Respublikasına qarşı hücuma icazə verməyi ciddi şəkildə nəzərdən keçirir, lakin hələlik yekun qərar verməyib. Bundan əlavə, şənbə günü ABŞ dövlət katibi Marko Rubio İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. “The New York Times” qəzetinin məlumatına görə, onlar Suriya və Qəzza zolağındakı vəziyyətdən əlavə, İrandakı etirazları da müzakirə ediblər. Daha əvvəl Tramp ABŞ-nin İranın etirazçıların öldürülməsinə icazə verəcəyi təqdirdə, İslam Respublikası rəhbərliyinə güclü zərbə endirə biləcəyini bildirib.
Deyəsən, Tramp verdiyi sözə əməl etməyə başlayır… Bəs İranı bu məqamda nə gözləyir?
Səbuhi