Əsas məzmuna keç

İran–ABŞ münasibətləri kritik həddə çatdı- TƏCİLİ!

Artıq real olaraq demək olar ki, İran–ABŞ münasibətləri kritik həddə çatıb….  Politoloq Elbəyi Həsənli tezadlar,az- a bildirdi ki, ABŞ Yaxın Şərqə əlavə hərbi qüvvə göndərir, sanksiyaları sərtləşdirir. İran isə açıq şəkildə xəbərdarlıq edir: hərbi zərbə olarsa, bunu müharibə sayacaq. Diplomatik kanallar formal olaraq açıq qalsa da, real etimad demək olar ki, sıfırdır. Bu artıq sadə Vaşinqton–Tehran qarşıdurması deyil. Sitat: “…Region ölkələri hava məkanlarını, mövqelərini, risklərini hesablayır. İran daxilində isə iqtisadi böhran və etirazlar rejimi daha da sıxışdırır. Proses ən təhlükəli mərhələyə daxil olub. İranın vurulması an məsələsidir…”.
Bəs bu müharibədən qaçmaq mümkündürmü? Deyəsən, yox! ABŞ məlum etirazkar fonunda itiriçlən nüfuzunu bərpa etmək üçün bütün addımları atmalıdır!
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…