Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ABŞ-a sərt mesaj göndərib. Rezayi bildirib ki, əgər Vaşinqton regionda hərbi mövcudluğunu artırarsa, onlar Amerika bazalarını hədəf alacaqlar və iqtisadi müharibə davam edərsə, onlar regiondakı ABŞ şirkətlərini də hədəf ala bilərlər.
Tezadlar.az xəbər verir ki, İranla ABŞ arasında gərginliyi artıracaq yeni bir açıqlama ortaya çıxıb. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ABŞ-ın regiondakı hərbi mövcudluğu ilə bağlı sərt ifadələr işlədərək, Amerika bazalarına göndərilən hər hansı yeni qüvvənin hədəfə alınacağını bildirib. Rzai bildirib ki, iqtisadi müharibə davam edərsə, Amerika neft və iqtisadi şirkətləri də hədəfə alına bilər.
İran dövlət televiziyasına danışan Rezayi bildirib ki, onlar əvvəlcə Vaşinqtonla əməkdaşlıq edən ölkələri ABŞ-ın İrana qarşı apardığı iqtisadi müharibədə xəbərdar edəcəklər.
Rezayi bildirib ki, əgər bu ölkələr əməkdaşlığını davam etdirsələr, onların maraqları hədəfə alınacaq və ABŞ-ın bölgədəki hərbi mövcudluğu ilə bağlı o, “Amerikalılar hər dəfə bazalarına yeni qüvvələr əlavə etdikdə, biz həmin bazaya zərbə endirəcəyik” deyib.
Rezayi həmçinin iddia edib ki, ABŞ-ın Hörmüz boğazının cənub marşrutunda hər hansı bir hərəkəti hədəfə alınacaq və bölgədə əks-inqilabi qruplarla görüşlərin keçirildiyi yerlərə də zərbə endiriləcək.
İran rəsmisi bildirib ki, onlar bu günə qədər ABŞ-ın iqtisadi maraqlarına qarşı heç bir hücum həyata keçirməyiblər, yalnız hərbi bazaları hədəfə alıblar.
Rezayi əlavə edib: “Lakin, əgər onlar iqtisadi müharibəni qızışdırsalar, biz də bölgədəki bütün Amerika neft və iqtisadi şirkətlərini hədəfə almağa hazırıq”.
Hörmüz boğazındakı neft axınına toxunan Rezayi hazırda yalnız neft axınını məhdudlaşdırdıqlarını bildirib. O əlavə edib ki, iqtisadi müharibə başlasa, neftin Fars körfəzindən çıxmasına başqa yollarla belə icazə verməyəcəklər.
Rezayi ABŞ prezidenti Donald Trampın “Azadlıq Əməliyyatı” adı altında Hörmüz boğazına üç hərbi gəmi göndərdiyini və bu gəmilərə zərbə endirildikdən sonra Trampın 48 saat sonra əməliyyatı dayandırdığını bildirib.
İran rəsmisi həmçinin iddia edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda Trampa İrana altı aylıq iqtisadi blokada tətbiq edilməsini təklif edib.
ELBAR