Əsas məzmuna keç

İrandan Trampın hücum ssenarisinə cavab: Xəyali düşmən uydurması

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın İranın ABŞ şəhərinə potensial hücum ssenarisini “xəyali düşmən uydurması” adlandırıb.

Tezadlar.az xəbər verir ki, Bəqai Trampın açıqlamalarına ABŞ-da yerləşən bir şirkətə məxsus sosial media hesabı vasitəsilə cavab verib.

Bəqai öz paylaşımında bildirib ki, “ABŞ-ın Los Anceles və San Dieqoya hücumlarla bağlı ritorikası xəyali düşmən uydurmasıdır”.

O, ABŞ-ın öz xalqını qorxutmaq və beləliklə, yerdəki real təhlükəni kölgədə qoymaq üçün səmada xəyali düşmən uydurduğunu iddia edib. “Əsl təhlükə nə onun sərhədlərindən kənarda, nə də Los Anceles və San Dieqodan yuxarıdadır. Təhlükə dünyaya qanunsuz müharibə tətbiq edən administrasiyadadır”, – deyə o, yekunlaşdırıb.

Tramp İranın ABŞ şəhərlərindən birinə hücum edə biləcəyi ssenariyə işarə edərək deyib: “Los Ancelesi məhv etsinlər. San Dieqonu məhv etsinlər. Bu, ödəniləsi çox kiçik bir qiymətdir”.

Bu iki şəhəri özündə birləşdirən ştatın qubernatoru Qevin Nyusom, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında paylaşım edərək Trampın sözlərinə cavab verib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…