Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ hərbi əməliyyat başlamazdan əvvəl İranla aparılan danışıqlar zamanı ona pulsuz nüvə yanacağı təchizatı müqabilində uranın zənginləşdirilməsindən 10 il müddətinə imtina etməyi təklif edibmiş, amma Xamenei razı olmayıb! Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News” telekanalına müsahibəsində bildirib. Sitat: “Biz onlarla [uranın] hər hansı zənginləşdirilməsindən 10 il müddətinə imtina edilməsini müzakirə etdik və yanacağın haqqını ödəyəcəyimizi dedik. Onlar imtina etdilər”.
Uitkoff deyib: “İran nümayəndələri bizə sahib olduqları bütün nüvə yanacağını zənginləşdirmək üçün ayrılmaz hüquqlarının olduğunu söylədilər. Onlar danışıqlarına məhz bununla başladılar. Biz cavab verdik: “[ABŞ] prezident hesab edir ki, sizi dayandırmaq üçün bizim ayrılmaz hüququmuz var… Biz onlarla ədalətli saziş bağlamağa çalışdıq. İkinci görüşün sonuna yaxın bunun mümkünsüzlüyü tamamilə aydın oldu. Lakin biz onlara daha bir şans vermək üçün üçüncü görüşə gəldik”.
İndi bu razılaşmadan imtina edən Xamenei və ailəsi, komandası o dünyada, İran əhalisi isə müharibənin od- alovu içində! Kimə lazım idi?!
A.Məmmədli