…Tanınmış iş adamı Mürvət Həsənli mediaya və cəmiyyətə çağırış edib ki, bəzi dövlət qurumları yersiz və əsassız, qərəzli və məqsədli müdaxilələri ilə onun canını boğaza yığıb, səbrini daşdırıb… Tezadlar.az səsinə səs verdi… https://tezadlar.az/taninmis-is-adami-da-dile-geldi-sebrin-de-bir-heddi-var-ne-qeder-olar/
Beləliklə, Mürvət Həsənlinin fb səhifəsinə daxil olub yazı üçün fotoşəklini axtaranda nələr görmədik: az qala o media rəhbəri yox idi ki, onunla yeyib-içməkdə, poz verib qol-boyun şəkil çəkdirməkdə olmasın… Dərhal düşündük ki, yəqin həmin media kapitanları artıq dünyaya səs salıb, sinə cırırlar, aləmi bir-birinə qatıblar, ölkə rəhbərliyinə müraciət edirlər ki, niyə bəzi rəsmi qurumlar Mürvət Həsənlinin canını boğazına yığıblar… Amma və lakin… Bunlar baş verməmişdi… Bunun mənasını bəlkə siz biləsiz, niyə belədir???
A.Məmmədli







