Əsas məzmuna keç

İsmayıllıda minik avtomobili TIR-la toqquşdu

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Tezadlar.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Balik kəndi ərazisində baş verib.

Belə ki, “VAZ-2106” markalı minik avtomobili ilə “DAF” markalı tır toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü ölüb, sərnişinləri isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…