Əsas məzmuna keç

İsrail bu dəfə uşaqların uçurtmalarını hədəfə aldı

İsrail Qəzza zolağından uçurulan uçurtmaların sərhəd yaxınlığındakı İsrail yaşayış məntəqələrinə düşdüyünü iddia edərək fələstinliləri qovmaq və hücumlarla hədələyib.

Tezadlar.az-ın məlumatına görə, İsrail Baş Nazirinin Ofisindən verilən açıqlamada bildirilir ki, Baş nazir Binyamin Netanyahu və müdafiə naziri İsrail Kats vəziyyəti qiymətləndirmək üçün Baş Qərargah rəisi Eyal Zamir və yüksək vəzifəli İsrail hərbi komandirləri ilə görüş keçiriblər.

Məlumatda iddia edilir ki, görüşdə Qəzza zolağından uçurulan uçurtmaların İsrail yaşayış məntəqələrinə düşməsi məsələsi, eləcə də dronlar və şarların yaratdığı təhlükə müzakirə olunub. Həmçinin, İsrail yaşayış məntəqələrinə uçurtmaların düşməsi dayandırılmasa, İsrail ordusunun uçurtmaların uçurulduğu ərazilərə intensiv hücumlar edəcəyi və əhalini zorla didərgin salacağı təhdidi də yer alıb.

Dünən İsrail mediası Qəzza zolağında uşaqların uçurulan uçurtmaların İsrail yaşayış məntəqələrinə düşdüyünü və bu da bölgədəki israillilər arasında narahatlığa səbəb olduğunu bildirib.

İsrail ordusu uçurtmalarla bağlı şübhəli heç bir şeyin olmadığını açıqlayıb.

İsrailin müdafiə naziri Katzın orduya bu məsələ ilə bağlı qəti tədbirlər görməsi barədə göstəriş verdiyi bildirilir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın