İsrail HƏMAS-ın Komanda və İdarəetmə Mərkəzinə hücum edib

Oxunma sayı: 813

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzzanın şimalında “Əl-Əhli” xəstəxanasında radikalların yerləşdiyi HƏMAS komandanlıq və idarəetmə mərkəzinə zərbələr endirib.

Tezadlar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“HƏMAS terrorçuları bu kompleksdən İsrailin mülki əhalisinə və əsgərlərinə qarşı terror hücumlarını planlaşdırmaq və həyata keçirmək üçün istifadə ediblər. Zərbədən əvvəl dinc əhaliyə və xəstəxana kompleksinə dəyən zərərin azaldılması üçün tədbirlər görülüb, o cümlədən qabaqcadan xəbərdarlıqlar, dəqiq döyüş sursatlarından istifadə və havadan müşahidə”, – İsrail ordusunun bəyanatında deyilir.

Mətbuat xidməti qeyd edib ki, HƏMAS hərəkatı “mülki infrastrukturdan və mülki əhalidən terror fəaliyyətləri üçün canlı qalxan kimi istifadə edərək, beynəlxalq hüququ sistemli şəkildə pozur”. Departament əlavə edib ki, “İMQ dəfələrlə Qəzzadakı tibb müəssisələrində hərbi fəaliyyətin dayandırılmasını bəyan edib”.

İsrail ordusunun sözçüsü əmin edib ki, İsrail ordusu “İsrail dövlətini müdafiə etmək üçün HƏMAS terror təşkilatına qarşı fəaliyyət göstərməyə davam edəcək”.

ELBAR

Xəbəri paylaş