Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Avqust 2026 / 17:29

İSRAİL MAKRONU SƏRT TƏNQİD ETDİ: “O, BİZİ ARXADAN BIÇAQLADI”

İsrailin diaspor naziri Amichai Çikli Fransa Prezidenti Makronu sərt tənqid edib. Çikli Makronun “İsraili arxadan bıçaqladığını” söyləyib və Fransada İsrailin ən böyük dəstəkçisinin ifrat sağçı Milli Birlik Partiyası olduğunu iddia edib.

Tezadlar.az xəbər verir ki, israilli nazir Makronun Fələstin dövlətini tanımaq qərarının İsrail-Fransa münasibətlərinə zərər verdiyini iddia edib.

Çikli iddia edib ki, Fransada İsrail Marin Le Penin rəhbərlik etdiyi Milli Birlik Partiyası tərəfindən dəstəklənir. O, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin İsraillə bağlı qərarlarına qarşı olduqlarını söyləyib.

MAKRONUN FƏLƏSTİN BƏYANATI

Bu arada, Fransa Prezidenti Makron 22 sentyabr 2025-ci ildə Fələstin dövlətini tanıdığını elan edib. O, bildirib ki, “Mən dövlət və sülh istəyən bir çox fələstinlinin legitimliyini tanıyıram. Əgər biz bu müharibəni dayandırmaq və HƏMAS-ı təcrid etmək istəyiriksə, tanıma prosesi və davam edən sülh planı ilkin şərtlərdir”.

Makronun qərarı İsrail hökumətinin sərt reaksiyasına səbəb olub və iki ölkə arasında diplomatik gərginliyi artırıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!