Əsas məzmuna keç

İsrail millisinin İtaliyaya uçuş məlumatı gizli saxlanılır

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya – İsrail matçı öncəsi Udine şəhərində təhlükəsizlik tədbirləri gücləndiriləcək.

“Təzadlar” xəbər verir ki, şəhərdə şüşə butulka və metal qutuların satışı qadağan olunacaq.

Metal detektorlar partlayıcı maddələrin aşkarlanması üçün təkcə stadionun girişində deyil, həm də kənar yerlərdə də quraşdırılacaq.

O da bildirilir ki, İsrail millisi sabah Norveçlə Osloda keçiriləcək oyundan dərhal sonra naməlum istiqamətə uçacaq. İsrail yığmasının İtaliyaya uçuş məlumatları hazırda gizli saxlanılır.

Qeyd edək ki, İtaliya – İsrail matçı oktyabrın 14-də keçiriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…