İsrail ordusu Qəzza şəhərinin şimal-qərbindəki Şeyx Radvan məhəlləsinə hücumda yaralı bir şəxsə kömək etməyə çalışan bir fələstinli uşağı hədəf alıb.
Tezadlar.az xəbər verir ki, Şeyx Radvana edilən ilk hava hücumunda bir tibb işçisi yaralanıb.
İsrail ordusu ikinci hücumu 12 yaşlı fələstinli Məhəmməd əz-Zenati ilk hücumda yaralanan tibb işçisinə kömək etməyə getdikdə edib.
Ardıcıl iki hücumda 12 yaşlı əz-Zenati və tibb işçisi Şərif Şadi Labad həyatını itirib və bir çox fələstinli yaralanıb.
İsrail ordusunun əz-Zenati yaralı fələstinli tibb işçisinə kömək etməyə çalışarkən ona endirdiyi hava hücumunun görüntüləri sosial mediada yayılıb və geniş narazılığa səbəb olub.
10 oktyabrda qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzza zolağına hücumlar təşkil edərək pozuntularını davam etdirir və çoxsaylı ardıcıl hücumlarında ilkin hücumlarda yaralananları xilas etməyə çalışan fələstinliləri hədəf aldığı məlumdur.
ELBAR







