Əsas məzmuna keç

İsrail ordusu bir qız uşağını öldürdü

Atəşkəsə baxmayaraq, soyqırım törədən İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunisə hücumu nəticəsində bir qız ölüb, iki nəfər yaralanıb.

İsrail ordusu 10 oktyabr 2025-ci ildə əldə edilən atəşkəs razılaşmasına və ABŞ Prezidenti Donald Trampın Təl-Əvivdən hücumları dayandırmasını istəməsinə baxmayaraq, Qəzza zolağını bombalamağa davam edir.

Tezadlar.az xəbər verir ki, yerli mənbələrə görə, İsrail əsgərləri Xan Yunisdə fələstinlilərə atəş açıb.

Hücumda bir qız ölüb, iki nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Bu səhər Qəzza zolağının mərkəzindəki Deyr əl-Bəlahda bir Fələstin çadırının bombalanması nəticəsində bir nəfərin öldüyü, biri ağır olmaqla iki nəfərin yaralandığı bildirilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın