Əsas məzmuna keç

İsrail ordusunun Qəzza zolağına hücumu nəticəsində 4 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağının müxtəlif ərazilərinə hücumları nəticəsində dörd fələstinli həlak olub, beşi yaralanıb.

Tezadlar.az xəbər verir ki, səhiyyə mənbələrinin məlumatına görə, 28 yaşlı Mahmud Samih əl-Herş Qəzzanın şimalındakı Cəbəliya qaçqın düşərgəsindəki əl-Xoca küçəsində İsrailin açdığı atəş nəticəsində həlak olub.

Rəfahın qərbindəki Mavasi bölgəsindəki əl-Aləm kəsişməsini hədəf alan İsrail hücumundan sonra şəxsiyyəti açıqlanmayan bir fələstinlinin cəsədi də tapılıb.

Əvvəlki hücumlarda yaralanan iki fələstinli həlak olub

Mavasi bölgəsində İsrailin açdığı atəş nəticəsində yaralanan altı yaşlı Tehani Məhəmməd Səid Şəlalife tibbi müdaxiləyə baxmayaraq, xilas edilə bilməyib.

Bir neçə gün əvvəl Qəzzanın mərkəzindəki əl-Təvra küçəsində İsrailin hücumu nəticəsində yaralanan Əhməd Yasin Buseyso da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qəzzanın müxtəlif bölgələrində İsrailin hücumları nəticəsində biri uşaq olmaqla beş fələstinli də yaralanıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 74.561 fələstinli həlak olub, 175.759 nəfər yaralanıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…