Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İşğal olunmuş Qərb Şəriyəsindəki Nablusa basqın zamanı İsrail ordusunun açdığı atəş nəticəsində 14 yaşlı fələstinli oğlan həlak olub.
Tezadlar.az xəbər verir ki, yerli mənbələrə görə, İsrail ordusu Nablusun şərqindəki Əsgər əl-Cədid Qaçqın Düşərgəsinə basqın edib.
14 yaşlı İslam əl-Əcuri düşərgədəki mülki yaşayış məntəqələrinə atəş açan İsrail əsgərləri tərəfindən sinəsindən güllələnərək öldürülüb.
Əvvəlki gün, Qərb Şəriyəsinin şimalındakı Cenin bölgəsindəki Zebabde şəhərinə basqın zamanı İsrail əsgərləri tərəfindən bir fələstinli uşaq da sinəsindən və kürəyindən yaralanıb.
İsrail ordusunun Qəzza zolağına hücumları 2023-cü ilin oktyabr ayında başlayandan bəri, işğal olunmuş Qərb Şəriyəsində və Şərqi Qüdsdə fələstinliləri hədəf alan basqınlarda, hücumlarda və həbslərdə əhəmiyyətli dərəcədə artım müşahidə olunub.
ELBAR