İsrail Suriya ilə danışıqlarda respublikanın cənub-qərb hissəsinin demilitarizasiyası və suriyalı druzların təhlükəsizliyi üçün təminat axtarır.
Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
“Suriya ilə danışıqlar davam edir. Onların başa çatdırılması İsrailin maraqlarının təmin edilməsindən asılıdır, o cümlədən Suriyanın cənub-qərbinin silahsızlaşdırılması və Suriyadakı druzların təhlükəsizliyinə zəmanət”, – ofis bildirib.
Sentyabrın 22-də Ərəb Respublikasının keçid prezidenti Əhməd əş-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində bəyan edib ki, Suriya “İsraillə müharibədən qaçmaq istəyir, çünki ona tikinti prosesini davam etdirmək üçün sülh lazımdır”. O bildirib ki, iki qonşu ölkə təhlükəsizlik tədbirləri ilə bağlı razılığa gələ bilər, lakin “istənilən halda İsrail Suriya ərazisindən çıxmalıdır”.
Sentyabrın 17-də ABŞ-ın himayəsi altında Londonda Suriyanın xarici işlər və qürbətçilərlə əlaqələr naziri Əsəd əl-Şeybani və İsrailin strateji planlaşdırma naziri Ron Dermer arasında danışıqlar aparılıb. Tərəflər Colan təpələrində İsrail və Suriya qüvvələri arasında 1974-cü ildə imzalanmış döyüşdən çıxma müqaviləsini əvəz edəcək yeni təhlükəsizlik sazişi layihəsini müzakirə ediblər.
2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra İsrail əvvəlki razılaşmanı etibarsız elan etdi, bundan sonra İsrail ordusu Hermon dağındakı qala da daxil olmaqla bufer zonanı tutaraq Qolan təpələri üzərində nəzarəti genişləndirdi.
E.ŞİRİNOV

