İsraildəki ruslara hansı ərazilərin həyat üçün təhlükəli olduğu bildirilib

Oxunma sayı: 69

Rusiya Xarici İşlər Nazirliyi İsraildəki Rusiya vətəndaşlarına təhlükəli ərazilərə getməməyi tövsiyə edib. Departamentdən verilən rəsmi açıqlamada Suriya, Livan, Qəzza zolağı və İordan çayının qərb sahili ilə həmsərhəd olan ərazilərdən ehtiyatlı olmağın vacibliyi vurğulanır.

“Rusiya vətəndaşlarına İsrailə gedərkən ehtiyat tədbirlərini gücləndirmək və fövqəladə hallar zamanı yerli hakimiyyət orqanlarının göstərişlərinə ciddi əməl etmək tövsiyə olunur. İsraildə olarkən Suriya, Livan, eləcə də Qəzza zolağı və İordan çayının qərb sahili ilə həmsərhəd ərazilərə baş çəkməkdən çəkinmək lazımdır”, – deyə departamentin açıqlamasında bildirilir.

Tezadlar.az Xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti nazirliyin rəsmi saytında məlumat yayıb.

Bu ehtiyat tədbirləri mövcud beynəlxalq vəziyyət və potensial təhlükəsizlik riskləri ilə bağlıdır. Rusiya Xarici İşlər Nazirliyi rusları öz təhlükəsizliyinə mümkün təhdidlərin qarşısını almaq üçün bu tövsiyələrə ciddi əməl etməyə çağırır.

Bundan əvvəl İsraildə terror aktı zamanı 3 boş avtobus partladılmışdı. Ölkə daxilində bir sıra avtomobillərin partladılması ilə bağlı xəbərlər də var. Terror aktlarından sonra İsrail ordusu fəallaşıb. İsrailin müdafiə naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinə İordan çayının qərb sahilində antiterror əməliyyatlarını gücləndirməyi əmr edib.

ELBAR

Xəbəri paylaş

26 Aprel