6 Avqust 2026 / 19:45

İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 73 min 382-yə çatıb

2023-cü ilin oktyabr ayından bəri İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 73 min 382-yə çatıb.

Tezadlar.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri İsrail hücumları nəticəsində ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.

Son 24 saat ərzində İsrail hücumları nəticəsində Qəzzadakı xəstəxanalara bir nəfərin öldüyü və beş nəfərin yaralandığı bildirilib.

10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumlarında 1255 nəfər həyatını itirib, 4125 nəfər yaralanıb və 806 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayı 73 min 382-yə çatıb, 174 min 236 nəfər yaralanıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!