Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən tezadlar.az-a verilən məlumata əsasən, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
İyunun 29-dək qeyri-sabit hava-YAĞIŞ, KÜLƏK VƏ DOLU






