Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Yanvar 2024 / 15:38

JURNALİST RAKET HÜCUMU ZAMANI YARALANIB

Rusiyanın Xarkovda otel kompleksini raket atəşinə tutması nəticəsində “Anadolu” xəbər agentliyinin Ukraynaya ezam olunmuş müxbiri, Gürcüstan vətəndaşı Davit Kaçkaçişvili yüngül xəsarət alıb.

Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, bu barədə jurnalist yerli mətbuata müsahibəsində bildirib. O, otelin yaxınlığına iki raket düşdüyünü, bu zaman öz otağında olduğunu qeyd edib. Hadisə nəticəsində Anadolu xəbər agentliyinin fotojurnalisti Özge Elif Kızılın da xəsarət aldığı bildirilib. Davit Kaçkaçişvili hazırda təhlükəsiz yerə transfer edildiyini qeyd edib.
Rusiyanın gecə Xarkovda otel kompleksinə raket endirməsi nəticəsində əcnəbi jurnalistlər də daxil olmaqla, 13 nəfər yaralanıb.

Müharibə isə davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!