27 Fevral 2026 / 16:03

Jurnalist AMEA statusuna görə ona “Ayıb olsun!” deyən Solmaz Tohidinin cavabını verdi!

Tarixçi alimimiz Solmaz xanım Tohidi(Rüstəmova) jurnalist Asif Mərzilinin AMEA-da yatan alimlərlə bağlı statusuna görə ona təhdid dolu cavab yazıb. Jurnalist də bu təhdidi cavabsız qoymayıb. Sitat: “…Solmaz xanım mənim yatan alimlərimiz və elmimiz barədə adi bir statusuma “nerv”ilənib və mənə “Ayıb olsun!” yazıb… Bəli, mənə ayıb olsun ki, uzun illərdir yerində “buxsavat” edən elmimizdən yazmamışam, elmi araşdırması Biləcəridən o tərəfə getməyən alimləri biabır etməmişəm! Amma uzun danışmayım: Solmaz xanım, ağbirçək alimsiniz, bir neçə tədbirdə görmüşəm, səhhətinizdə də problem var, dincəlmək vaxtınızdır! Və şəxsinizə, xanımlığınıza dərin sayğı ilə deyirəm: məncə “ayıb olsun” ifadəsi daha çox AMEA-da o alimləri mürgülədənlərə düşür! O ki qaldı “…nədənsə həbsdə olan həmkarlarınızla bağlı səsiniz EŞİDİLMİR!” ifadəsinə, səsim lazım olan yerdə eşidilir, eşidilib, sadəcə, siz eşitməz olmusuz! İstəsəniz açıqlayaram… Amma bax bu ayıb olan bir işdir ki: sizin də təmsil olunduğunuz o AMEA-da və institutlarında elmdən başqa hər şeylə məşğul olunur, xanım alimlər təhqir edilir, döyülür, söyülür, amma Sizin hələ də o xanımların müdafiəsinə dair səsiniz eşidilməzdir! Tarixdən danışmaq da olar, altını üstünə çevirmək də olar, amma bu elm deyil, alimlik deyil! Bizim dediyimiz odur ki, bu alimlərə niyə fiziki əzab verib zalda yatırdırlar?! Niyə onlara istirahət vermirik, o cümlədən Sizə də… Bilmirəm, bəlkə sizin də o yatan və mürgüləyənlər arasında fotonuz var, amma bilin ki, o fotoları mən çəkməmişəm və o fotolar AMEA-nın güzgüsüdür-güzgünü isə vurub sındırmırlar, ləkəni silirlər!”.
Təqdim etdi: ELÇİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!