Jurnalist korrupsiyadan yazdı- həbs edildi!

Oxunma sayı: 371

Ötən gün Ermənistanda korrupsiya faktlarını açıqlayan jurnalist Lilit Aqekyan Gümrüdə polis əməkdaşları tərəfindən saxlanılıb. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla bildirir ki, Jurnalist bir neçə saat əvvəl saxlanılıb və hazırda da polis idarəsindədir. Qeyd edilir ki, Lilit Aqekyanın vəkili və anası ilə görüşünə icazə verilməyib.

O, saxlanılmazdan əvvəl vəkili Zarui Postandyana zəng vurmağa nail olub. Vəkil ona dəstək olmaq üçün Gümrüyə gedib. Jurnalistin saxlanılma səbəbləri açıqlanmır. Amma məlum olub ki,  jurnalist Şirak prokurorunun vəsatəti ilə həbs olunacaq.

Qeyd edək ki, Lilit Aqekyan müstəqil, tənqidçi jurnalistdir. O, korrupsiya, müxtəlif cinayətlər və qanunsuzluqlara dair faktları üzə çıxarıb.

Xəbəri paylaş