Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı, amma…

Oxunma sayı: 166
Bu gün jurnalist Şahnaz Bəylərqızı həbsxanadan çıxıb, istintaq dövründə evində olacaq. Jurnalistin vəkillər komandası facebook platformasında yazıblar: “…İstedadlı, zəhmətkeş, prinsipial, vətənpərvər jurnalistdir. Bu humanist qərarın verilməsində Şahnaz xanımı ailəsinə, ən əsası da, uşaqlarına qovuşmasında rolu olan hər kəsə dərin təşəkkürlər. Digər xanım jurnalistlərin, ümumiyyətlə, bütün həbsdə olan media nümayəndılərinin həbsxanadan buraxılmasını arzu edirik…”.
Tezadlar.az xatırladır ki, Şahnaz Bəylərqızı ev dustaqlığı dövründə bir sıra azadlığı məhdudlaşdıran qaydalara əməl etməlidir, amma barəsində olan cinayət işinin istintaqı davam etdiriləcək…
A.Məmmədli
Xəbəri paylaş

17 Aprel