…Bu ilin fevral ayından əsaslı təmirə dayandırılmış “Azərbaycan” nəşriyyatında təmir işlərinə start verilib. Bu barədə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili AZpress.AZ-a açıqlamasında bildirib. Baş redaktor deyib ki, dünən- noyabrın 6- da nəşriyyatda olub və əvvəlki iş yerindəki bəzi studiya avadanlıqlarının götürülməsi zamanı bunların şahidi olub:
– Sevindirici haldır ki, dünən bəzi media subyektlərində və sosial şəbəkələrdə nəşriyyatın sökülməsi və s. ilə bağlı əsassız fikirlərin əksini gördüm. Bütün mərtəbələrdəki redaksiya otaqlarında Sovet dövründən qalma istilik sistemi sökülüb çıxarılıb, liftlərin təzələnməsi, sanitar qovşaqların və dəhlizlərin, elektrik şəbəkələrinin, həmçinin iş otaqlarının əsaslı təmiri üçün ilkin hazırlıq işlərinə başlanılmasının şahidi oldum. İstilik sisteminin yenidən qurulması üçün müvafiq ölçülü borular gətirilib və köhnə ana xətlər kəsilib çıxarılıb, təzələnməsinə hazırlıq işləri gözə çarpır…
xxx
Jurnalist onu da əlavə etdi ki, tezliklə intensiv təmir işlərinə başlanılmasına dair məlumatlara da malikdir:
– Məndə olan məlumata görə, yaxın vaxtlarda aidiyyəti tikinti şirkətləri kompleks əsaslı təmir işlərinə başlayacaq. Görüləcək işlərə ilkin hazırlıqlar bunu deməyə əsas verir. İnanıram ki, sonda vaxtilə nəşriyyatda fəaliyyət göstərmiş peşəkar kollektivlər yenidən doğma nəşriyyata qayıdaraq fəaliyyətlərini davam etdirəcəklər. Çünki “Azərbaycan” nəşriyyatı bütün zamanlarda jurnalistlərin birlik, təmas və ünsiyyət, sıx əlaqə məkanı olub.
SƏBUHİ







