Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Düşünürəm ki, hamı səmimi olmalıdır, sosial-siyasi, dini… mənsubiyyətindən, tutduğu vəzifəsindən asılı olmayaraq… Bunu bu günün məlum mənzərəsi və vicdanımız tələb edir…
Açıq deyirəm, bəzi jurnalistlərə qarşı məlum yanaşmaların ölkə prezidentinə qətiyyən dəxli yoxdur… Bu günümüzün dünyəvi siyasətində İlham Əliyevin vaxtı var belə işlərlə məşğul olsun, vaxt ayırsın? Bu mənfur yanaşmaların ssenarisini o vaxt Əli Həsənov qoydu, o vaxtdan da bu “silah”dan istifadə edənlər var. Təsir və təzyiqə məruz qalan və bu səbəbdən xaricə qaçan jurnalistlər də yanlış olaraq, yaxud bilmədən İlham Əliyevi günahkar bilir. Halbuki məlum günahkarın və ya günahkarların indi adı belə çəkilmir, yaxud onlardan soruşulmur ki, odu sən törətmisən, indi get söndür! Məsələ bax belə sadədir…
Mən də peşə fəaliyyətimlə bağlı həbs edilmişəm, istintaq, məhkəmə sənədləri ortadadır, dəfələrlə məhkəmələrə verilmişəm(həm də rəhbəri olduğum qəzet), evim, sonra maşınım yandırılıb, mənzilimə killer göndərilib… Bu barədə Beynəlxalq İnsan Haqları İnstitutlarının hesabatında da varam. Amma heç vaxt ölkənin prezidentini günahkar bilməmişəm, çünki günahkar məmurlar olub… Mübarizə aparmışam, cəzasını alanlar da olub… Amma xaricə getməmişəm, halbuki dəfələrlə təkliflər gəlib. Yuxarıda dedim, günahkarlar hamıya bəllidir. İlham Əliyevə xanım jurnalistlərin, digər bloggerlərin həbsi lazımdır? “Jurnalistlərin dostu” mükafatını almış Prezidentə bu lazımdırmı? Yox! O boyda erməni problemini biryolluq həll edən rəhbərə hakimiyyəti tənqid edən bloggerlər nə edəsidirki?! Lap gündə bir piket keçirsinlər, “istefa” qışqırsınlar… Bəlkə düz demirəm… Amma özünü guya şirin salmaq istəyən 3-5 adama-məmura bu vəziyyət, deməli, lazımdır, kələfi də onlar dolaşdırıb. İndi hamı Prezidentdən bu kələfin çözülməsini istəyir… Dolaşdıranlar meydana çəkilməlidir ki, o xaricdəkilərin hüquqlarını pozan kim idi, niyə o iş adamları, məmurlar, hakimlər… indi cəzasızdırlar???
Asif MƏRZİLİ