Növbəti təyyarə könüllülərlə birlikdə Qroznı Beynəlxalq Hava Limanından Xüsusi Hərbi Əməliyyat (XHƏ) zonasına yola düşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında bildirib.
“Axmat-Xaji Kadırov adına Qroznı Beynəlxalq Hava Limanından könüllülərlə daha bir xüsusi reys xüsusi hərbi əməliyyat zonasına yola düşüb. Bu əsl vətənpərvərlər vətənin müdafiəsinə töhfə vermək üçün Rusiyanın müxtəlif yerlərindən Çeçenistan Respublikasına gəliblər”, – Kadırov yazıb.
O, əlavə edib ki, döyüşçülərin hər biri Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində intensiv təlim keçib və regional ictimai fond onları müasir avadanlıqla təmin edib, həmçinin yerdəyişmə və yerləşdirmə ilə bağlı bütün xərcləri öz üzərinə götürüb. Döyüş bölgəsinə gəldikdən sonra könüllülər Rusiya Müdafiə Nazirliyinin “Axmat” xüsusi təyinatlılarının sıralarına qoşularaq döyüş tapşırıqlarını yerinə yetirməyə başlayacaqlar.
ELBAR

