Kallas AB-nin Ukraynadakı vəziyyətlə bağlı ABŞ-a təsirini açıqlayıb

Oxunma sayı: 31

Birləşmiş Ştatlar Avropa İttifaqını (Aİ) Ukrayna danışıqları ətrafındakı vəziyyətlə bağlı məlumatlandırır və prezident Donald Trampın administrasiyası Brüssellə məsləhətləşmədən qərar qəbul etməyəcək.

Tezadlar.az  “Bloomberg”-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib.

“ABŞ dövlət katibi Marko Rubio bizə Səudiyyə Ərəbistanındakı müzakirələr barədə məlumat verdi, Prezidentin xüsusi elçisi Stiv Uitkoff Moskvaya getdi, onlar bizə məlumat verirlər”, – departament rəhbəri qeyd edib.

Kallas, həmçinin vurğulayıb ki, ABŞ Avropa İttifaqının razılığı olmadan Ukrayna ilə bağlı Rusiya ilə sövdələşməyə getməyəcək.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın 30 günlük atəşkəs məsələsində Vaşinqtonla razılaşdığını bildirmişdi. Eyni zamanda, Rusiya lideri vurğulayıb ki, bu tədbir Ukrayna Silahlı Qüvvələrinə möhlət yox, böhranın başlanmasının əsas səbəbləri nəzərə alınmaqla qəbul edilməli və uzunmüddətli sülh yolu ilə nizamlanmaya gətirib çıxarmalıdır.

ELBAR

Xəbəri paylaş