Əsas məzmuna keç

Kamilo Durandan azərbaycanlı azarkeşə forma hədiyyəsi

UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən “Seltik” – “Beşiktaş” matçından (3:2) sonra maraqlı hadisə yaşanıb.

Tezadlar.az xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib.

O, qarşılaşma başa çatdıqdan sonra əlində ölkəmizin bayrağı olan Qlazqo Universitetinin tələbəsinin çağırışını diqqətsiz qoymayıb.

Futbolçu azərbaycanlı gəncə yaxınlaşaraq öz formasını ona hədiyyə edib.

Qeyd edək ki, “Qarabağ”ın sabiq hücumçusu olan Kamilo Duran sözügedən görüşdə 2 qol vuraraq komandasının qələbəsində əsas rol oynayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…