Əsas məzmuna keç

Kamran Zeynalov Avropa çempionatının qalibi oldu

Azərbaycan paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

“Təzadlar” xəbər verir ki, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P1) 235.6 xalla birinci olub.

Qeyd edək ki, paralimpiyaçımız daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P6) Aybəniz Babayeva ilə birlikdə və 50 metr məsafəyə tapançadan atəşaçmada (P4) 221.6 xalla gümüş medala yiyələnib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…